E.Bulye: “Şassi gücünə görə Ferrari ilə rəqabət aparırıq”

Erik Bulye bildirib ki, onlar mövsümün əvvəlindən bəri çox inkişaf ediblər və şassiləri artıq Ferrari qədər güclüdür.

F-1.az xatırladır ki, McLaren Honda güc qurğusuna görə hələ də rəqiblərindən geridə qalır. Buna baxmayaraq, komanda digər çatışmazlıqlarını sürətlə düzəldir.

Erik Bulye: “Hazırda şassimiz ən yaxşılardan biridir. Biz bu sahədə Ferrari ilə 3-cü yer uğrunda mübarizə aparırıq. Mühərrik gücünə ehtiyacımız var. Çox az traslarda rəqabətədavamlı ola bilirik. Mövsümün sonuna qədər bu sahədə inkişaf etməliyik. Honda-nın gətirəcəyi yeniliklərdən sonra biz də aerodinamakada bəzi şeyləri inkişaf etdirəcəyik. Bu isə bizə həm asfalta yatma qüvvəsi, həm də asfaltla ilişmə qazandıracaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*