F-1.az xatırladır ki, Fernando Alonso keçənilki Yaponiya yarışında Honda motoruna “GP2 motoru” demişdi və bu hadisə uzun müddət medianın hədəfinə çevrilmişdi. Son yarışlarda yaxşı nəticələr əldə edən McLaren komandası Malayziyada hər iki bolidlə xal qazanmağı bacarmışdı.
Erik Bulye: “Bu, bizim üçün digər yarışlar kimidir. Honda bizim tərəfdaşımızdır. Onlar üçün bu Qran Pri xüsusi yarış olacaq. Yarışda Honda şirkətindən çox adam olacaq. Mənim üçün isə Ostin və ya Silverstoun yarışları ilə eyni olacaq. Orada çox qonaqpərvər azarkeşlər var, yarış isə hər yerdə eynidir. Həftə boyunca məşğul olacağıq. Dünyanın bu nöqtəsində Honda-ya səfər etmə imkanımız olacaq. Yapon tərəfdaşlarımız ilə görüşə biləcəyik”.
Malayziya yarışının nəticəsindən razı olan Bulye, yarış haqqında fikir bildirib: “Yaxşı xallar qazandıq və komanda üçün yaxşı nəticə oldu. Mühəndislər Kubokunda Toro Rosso-nu qabaqlamışıq, nəticədən məmnunuq. Mənim üçün müsbət olan məqam sürücülərimizin yaxşı nəticə əldə etməsidir. Censonun virtual təhlükəsizlik maşını rejimində bəxti gətirmədi. Çox təəssüf ki, daha yaxşısını etmək mümkün deyildi”.