E.Bulye McLaren-də qalacaq…

McLaren komandası bildirib ki, Erik Bulyenin Ferrari-yə keçəcəyi barədə yayılan xəbərlər reallığı əks etdirmir...

F-1.az xatırladır ki, bəzi şayiələrə görə, Ferrari-nin prezidenti Sercio Markionne ilə Arrivabenenin arası dəyib və gələn ildən etibarən Arrivabene komandada olmaya bilər.

İddialara görə, Yos Kapito komandaya gəldikdən sonra Bulye xoşbəxt deyil və buna görə də Ferrari fransalı ilə maraqlanır. Amma McLaren-in mətbuat katibi bu iddiaları təkzib edib: “Erik McLaren-də qalacaq. Bu 100 faizdir. Ferrari və ya başqa komanda ilə müqavilə imzalamayıb”.

Alonso isə bu barədə belə danışıb: “Erik şənbə günü jurnalistlərlə görüşəcək. Özündən soruşarsınız. Komandanın ona ehtiyacı var və mən onun qalmasını istəyirəm. Təbii ki, bu şayiə ola bilər və bu barədə danışmaq vaxt itkisidir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*