F-1.az xatırladır ki, Britaniya təmsilçisi Honda ilə 3 bərbad mövsüm keçirdikdən sonra Renault mühərriklərinə keçib.
Erik Bulye: “Renault və Honda mühərrikləri fərqli quruluşlara malikdirlər. Buna görə də bolidin arxa tərəfini dəyişməli olduq. Lakin gecikməni kompensə edə bildik. Tam uyğunlaşmaq üçün bir az vaxta ehtiyacımız var və bu barədə danışmaq hələ tezdir. Rəqiblərimizin nə etdiyini bilmirik. Amma Renault-nun məlumatlarını simulyatora yüklədik və bolidin 1 saniyə sürətləndiyini gördük”.