E.Bulye: “Honda-nın zəif olacağı əvvəldən məlum idi”

McLaren komandasının sabiq idman direktoru Erik Bulye bildirib ki, Honda ilə uğursuz olacaqlarını əvvəldən anlayıb.

F-1.az xatırladır ki, Honda 2015-2017-ci illərdə McLaren komandasını mühərriklə təmin etmiş və britaniyalıların bu illər ərzində ən yaxşı nəticəsi beşinci yer olmuşdu. Əksər yarışlarda isə komanda heç finişə belə çata bilməmişdi.

Erik Bulye: “İlk iclasda böyük mübarizəyə hazır olmadıqlarını anlamışdım. Ron Dennisə dedim ki, inkişaf üçün ən azı 3-4 il lazımdır. Amma müqavilə bağlanmışdı və Dennis əmin idi ki, keçmişdəki uğurlar təkrarlanacaq.

Hazırkı mühərriklər çox qarışıqdır və sadəcə Mercedes yeni reqlamentə hazır idi. McLaren və Honda arasındakı tərəfdaşlıq qarışıq vaxtda başlamışdı”.

Bulye keçən il Renault mühərriklərinə keçdikdən sonra McLaren-in problemlərinin artdığını deyib: “Keçən ilin aprel ayında mühərriklə bolid vəhdət təşkil etmirdi. Geribildirimlərdə problemlər yaşadıq və həll yolu tapa bilmədik. 2017-ci ildən də zəif idik və əhvalımız təmiz pozulmuşdu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*