E.Bulye: “Honda-nın rəqibləri inkişafda dayanacaqlar”

Erik Bulye Mercedes, Ferrari və Renault motorçularının inkişafı tamamlamaqda olduğunu və bunun Honda-ya kömək edəcəyini deyib.

F-1.az xatırladır ki, Honda turbo mühərriklər dövrünə rəqiblərinə nisbətən bir il gec qoşulmuşdu. Amma buna baxmayaraq, hələ də Mercedes, Ferrari və Renault mühərriklərinin səviyyəsinə çata bilməyib. McLaren Honda 2017-ci ildə güclü inkişafa nail olaraq podium uğrunda mübarizəyə qoşumaq istəyir.

Erik Bulye: “Honda-nın turbo mühərrik layihəsi digərlərinə görə yenidir və bu, Honda-nın daha çox inkişaf edəcəyini göstərir. Mühərrik reqlamentinə əsasən istifadə edə biləcəyimiz yanacaq və enerji miqdarı var. Bunlarla birlikdə mühərrik inkişafında da limitlər var. İnkişafda yaranan bu sərhədlər durğunluq dövrünə səbəb olacaq. Əlavə olaraq onu deyə bilərəm ki, Mercedes, Ferrari və Renault 2010-cu ildən bəri bu mühərriklər üzərində çalışırlar. Honda isə bu layihəyə 2013-cu ildə başlayıb. Onlar daha çox inkişaf etdilər və onlar inkişafın sonuna çatdılar. Gələcəkdə qaydalar dəyişəcək və mühərriyi inkişaf etdirməkdə daha sərbəst olacağıq. Bu durğunluq dövrü bizə kömək edəcək və daha da yüksələcəyik. McLaren ön sıradakı ilə fərqi bağlamağa davam edəcəyinə əminəm. Pərdə arxasında nələrin baş verdiyini sizdən daha yaxşı bilirəm və gördüklərim məni dediklərimdən əmin edir. Digərlərinin nə etdiyini bilmədiyim üçün nə olacağını təxmin edə bilmərəm. Ancaq  gələn il fərqi bağlayacağımızdan rahatıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*