E.Bulye: “Honda motoru Mercedes və Ferrari-nin arasındadır”

McLaren-in idman direktoru Erik Bulye inanır ki, Honda mühərrikləri inkişaf edib.

F-1.az xatırladır ki, McLaren və Honda keçən il tərəfdaşlığa başlasalar da, gözlənilən nəticələri əldə etmək mümkün olmadı və komandanın əldə etdiyi ən yaxşı nəticə Alonsonun 2015-ci ildə Macarıstanda əldə etdiyi 5-ci yer oldu.

McLaren builki mövsümə əla başlayıb və McLaren Honda birləşəndən sonra ilk dəfə İspaniya yarışında sıralanma turunda son sessiyaya qalıb.

Erik Bulye: “Biz məlumatları yaxından təhlil edirik və görürük ki, güc cəhətdən Mercedes və Ferrari-nin arasındayıq.

İnkişafımzı sürücülərimiz də hiss edir və trasda daha güclü olduğumuzu görürlər. Buna görə də doğru yoldayıq.

Honda yaxşı iş görür. Problemlərə tez reaksiya verir. Hamı var gücü ilə işləyir.

Söz verilən dəyişikliklər yavaş-yavaş baş verir. Honda-nın prezidenti Takahiro Haçiqo Monakoda olacaq”.

Bulye bildirib ki, Honda heç kimə mühərrik verməyəcək: “Mətbuatda çıxan xəbərlərə görə, Honda ya Sauber-ə, ya da Toro Rosso-ya mühərrik verəcək, amma bu olmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*