E.Bulye: “Əsl bolidimiz Barselonaya gələcək”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, 2018-ci ildə ən böyük yenilikləri İspaniyaya gətirəcəklər.

F-1.az xatırladır ki, “narıncılar” mövsümə istədikləri kimi başlaya bilməyiblər. Britaniya təmsilçisi xüsusən də sıralanma turunda çox zəifdir və hələ də son sessiyaya keçə bilməyib.

Erik Bulye: “2018-ci il bolidimiz Barselonaya gələcək və ümid edirik ki, güclü bolid olar. Hazırkı bolidimiz bizim hədəflərimizi qarşılaya bilir. Amma proqramda geridə qaldıq. Barselonadakı bolidi Avstraliyaya gətirməli idik. Hazırda keçənilki bolidin bir az güclü versiyası ilə yarışırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*