F-1.az xatırladır ki, komanda Mühəndislər Kubokunu sonuncu dəfə 1998-ci ildə, pilotlar çempionluğunu isə 2008-ci ildə Lyuis Həmiltonla əldə edib.
Komandanın rəhbəri Ron Dennis keçən ay olduqca nikbin açıqlama vermişdi: “Mercedes AMG-dən sonra dünya çempionu McLaren olacaq. Biz bu hədəfə digər komandalardan əvvəl çatacayıq”.
Erik Bulye: “Ron olduqca böyük karyeraya sahibdir. O, Formula1-in əfsanələrindən biridir və hədəflərimizə çatmaq üçün komandaya əlavə motivasiya verir. Biz hamımız bu hədəf üçün çalışırıq”.