E.Bulye: “Çempionluq üçün baza komandası olmalısınız”

McLaren komandasının idman direktoru Erik Bulye ancaq zavod komandalarının çempion ola biləcəyini deyib.

F-1.az xatırladır ki, McLaren bu ildən Honda ilə yollarını ayıraraq, Renault mühərrikləriə keçib. Britaniya komandası yaponiyalı mühərrik istehsalçısından ilə 100 milyon avro və pulsuz mühərrik alırdı. Amma hazırda Renault-ya mühərrik üçün pul verməlidir.

Erik Bulye: “Məncə, Red Bull göstərir ki, müştəri kimi yarış qazanmaq olar. Amma çempionluq qazanmaq başqa səviyyədir. Bunun üçün zavod komandası olmalısınız.

Düzdür, keçən il bu vaxtlar xalımız yox idi. İndi isə Renault ilə 4-cü yer uğrunda mübarizə aparırıq. Rahatlıqla 4-cü olmaq istəyirik və bu, bizim hədəfimizdir. Bu ilin bolidi istədiyimiz kimi işləmir, amma təcrübəmizi artırmağa çalışırıq. Renault-dan çox şey öyrənməliyik, çünki fərqli mühərrik istehsalçısıdır. Hələ bəzi texniki detallardan istifadə etmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*