F-1.az xatırladır ki, Alonso bu mövsüm daha əvvəl iki dəfə qalib gəldiyi Monako yarışından imtina edərək, İndy500-də bəxtini sınamaq qərarına gəlib.
Erik Bulye: “Bəzi insanlar bunu reklam kimi dəyərləndirdilər. Amma bu, Alonsonun motivasiyası üçün çox vacib idi. Pul və ya həyat tərzi üçün deyil. Bu adam hər yerdə mübarizəçidir. O öz kartodromunda kart sürsə belə, mübarizəçi olacaq. Elə on il əvvəl də belə idi. Bu, onun əsas istedadlarından biri idi. Bunu itirməsini istəməzsiniz. Mübarizə ruhu onu alovlayır. Bunu canlı tutmaq üçün isə ona icazə verməli idik”.