F-1.az xatırladır ki, Formula1 təqvimindəki ilk 8 yarış koronavirus pandemiyasına görə təxirə salınıb. Fransa Qran Prisi isə iyunun 28-də keçiriləcək və təqvimdəki 10-cu yarışdır.
Erik Bulye: “Formula1 çempionatını 2 saatlıq Le Man Marafonu ya da Olimpiya Oyunları ilə müqayisə etmək olmaz. Çünki Formula1 təqvimindəki hər yarışın öz təşkilatçısı var. Əsas məqsədimiz təhlükəsizlikdir və buna görə də işləri dayandırmışıq. Ancaq istənilən xəbər bilet satışına təsir edir. İnsanların daha böyük narahatlıqları var. Fransa da və ya başqa ölkədə yarış keçirmək barədə düşünmürlər. Görək necə olur. Uzağı sığorta xərcləri qarşılayacaq və biz insanlara bilet pullarını qaytaracağıq”.