F-1.az xatırladır ki, “narıncılar” bugünkü yarışa 13-cü və 14-cü yerlərdən başlayacaqlar.
Erik Bulye: “Üçüncü sərbəst yürüşlərdən sonra bu nəticə bizim üçün sürpriz oldu. Bunu araşdırmalıyıq. Alonso son cəhdində 2-ci və 3-cü sektorlarda yaxşı nəticə göstərdi. Bu hal xeyrimizə ola bilərdi. Bolidin balansı yaxşı olsa da, asfaltla ilişməsi zəifdir. Məncə, zəif performansın səbəbi bu idi. Sürücülər də hər hansı problemdən danışmadılar.
Keçən il də Bəhreyndə problemlər yaşadıq. Avstaliyadakı tempimiz təsadüfi deyildi. Lakin yarış tempimiz daha yaxşı olacaq. İndi isə problemin səbəbini tapmalıyıq. Bazada işləyənlərə suallarımız olacaq”.