E.Bulye Battonun vəzifələrindən danışıb

Erik Bulye bildirib ki, Batton komandanın gələnilki inkişafı üçün bir neçə vəzifə icra edəcək.

F-1.az xatırladır ki, Battonu gələn il Stoffel Vandorn əvəz edəcək. Amma Batton təqaüdə çıxmayacaq və britaniyalının 2018-ci ildə qayıtmaq ehtimalı var.

Batton komanda ilə 2017-ci və 2018-ci illər üçün müqavilə bağlayıb. 36 yaşlı sürücü gələn il komandanın inkişafı üçün işləyəcək.

Erik Bulye britaniyalının yeni vəzifəsindəki detalları açıqlayıb: “Onun təcrübələrindən, geri bildirimlərindən faydalana bilərik. Təbii ki, təcrübəli sürücünün trasda olması daha yaxşıdır, amma o sizə məsləhət verə bilər. Censon 2017-ci ildə bazada olacaq və simulyatorda vaxt keçirəcək. Gələn il bəzi yarışlara gələcək və onu boliddən kənarda görmək qəribə olacaq. O, çox təcrübəlidir və komandaya çoxlu faydası olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*