E.Bulye Alonsonu dəstəkləyir

McLaren komandasının idman direktoru Erik Bulye sürücüsü Fernando Alonsonun Le Man qərarını dəstəkləyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Formula1-lə yanaşı WEC-də də çıxış edəcək və ümumilikdə 25 yarışda start alacaq.

Erik Bulye: “Alonsonu dəstəkləyirəm. Xərcləri azaltmaq üçün testləri yasaqlayırlar. Buna görə də sürücülər məşq etmək üçün digər seriyalarda yarışa bilərlər. Bir rəhbər kimi bu fikri dəstəkləyirəm. Davamlı yarışanda diqqətiniz də dağılmır. Fernando peşəkar sürücüdür və buna hazır ola bilər. Keçən il 34 həftəsonu yarışdı. Kartinq və başqa seriyalarda başqa adlarla yarışdı. Bu işi sevir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*