F-1.az xatırladır ki, mövsümə böyük hədəflərlə başlayan McLaren Honda komandası ilk testlərdə mühərriklə bağlı problemlər yaşamışdı.
Erik Bulye: “Komanda olaraq ilk testlərdə məyus olduq. Honda-nın bizə istədiyimizi verib-verməyəcəyini bilmirəm. Biz onlardan yaxşı yeniliklər gözləyirik. Əks halda, bizim üçün çətin mövsüm ola bilər.
Fernandonun gələcəkdəki seçimindən əmin deyiləm. Son iki ildir burada problemlərlə üzləşirik, amma Alonso bunlara görə getməyi düşünməyib. Bu layihəyə böyük hörməti var və əlindən gələni edir. Çətinliklərə baxmayaraq, üçüncü mövsümdür ki, bizimlədir. Məncə, bu çox vacibdir. Fernando çempiondur və həmişə o səviyyədə qalmaq istəyir. Ona bolidlə bağlı heç vaxt yalan danışmamışıq. Hazırda bəzi problemlər var və həll etməyə çalışırıq.
Gələn il yarışıb-yarışmayacağını bilmirəm. Böyük ehtimalla mövsümün gedişatına görə qərar verəcək. Görək nə olur”.