E.Bulye: “Alonsodan başqa alternativlərimiz var”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, gələn il də Fernando Alonso ilə davam etmək istəyirlər, amma ispaniyalı sürücü komandada qalmaq istəməsə, başqa altetnativləri var.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionunun komanda ilə olan müqaviləsi ilin sonunda başa çatacaq. McLaren komandası Alonsonu saxlamaq üçün Honda mühərriklərindən imtina edərək, Renault ilə müqavilə bağlayıb, amma 36 yaşlı sürücü Britaniya təmsilçisi ilə yeni müqavilə bağlamayıb.

Erik Bulye: “Müqavilə bağlanana qədər hər şey ola bilər. Rəsmi açıqlamanı gözləməlisiniz. Fernando burada qalmaq istəməsə, B planımız var. Biz McLaren komandasıyıq və burada yarışmaq istəyən sürücü çoxdur. Məqsədimiz Fernando ilə yeni müqavilə imzalamaqdır. Bu, baş verənə qədər heç nə danışmaq istəmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*