F-1.az xəbər verir ki, bu söz-söhbətlərə Erik Bulye də münasibət bildirib: “Eyni şəkildə çalışmağa və sürməyə davam etsə, onun qalmağını istəyirik. Son bir ay onun üçün çətin oldu. Amma çox qısa zaman ərzində geri qayıtdı. Motivasiyası və yarışmaq istəyi olduqca yüksəkdir.
Biz ona Bəhreyndə evə gedə biləcəyini desək də, o, bizimlə qalmağı seçdi. Hamı necə istəyir, elə də düşünə bilər, amma mən onu deyə bilərəm ki, onun təqaüdə çıxacağı gün çox uzaqdadır”.
O, həm də Herbertin Alonsonun təqaüdə çıxmalı olduğu fikrinə münasibətini bildirib: “Bu, onun fikridir. Amma mən belə düşünmürəm. Mən Fernando qədər motivasiyalı bir sürücü görməmişəm”.