F-1.az xatırladır ki, Bulye 2015-2017-ci illərdə Alonso ilə işləyib.
Erik Bulye: “Niyə onun barədə toksik deyilir bilmirəm. O heç vaxt ara qarışdırmayıb. Əsl komanda oyunçusu idi. Ancaq digər boksdakı sürücüyə bunu həmişə göstərmirdi. O bir nömrəli sürücü olanda, yanında da iki nömrəli sürücü varsa, daha yaxşı işləyir.
Censon Battonla komanda yoldaşı olanda bir-birlərini yaxşı başa düşürdülər. Stoffelə gəldiksə isə onun geribildirimlərini öz xeyrinə istifadə edə bilirdi. Onlar yaxşı yola gedirdilər.
Əgər komanda yoldaşından fayda görmürsə, ona düşməni kimi baxır. Yenə də onu bütün dövrlərin ən yaxşı komanda oyunçusu kimi görürəm. O, yaxşı rəqibdir və ətrafındakı hamını qazanmaq istəyir.
O hər xırdalığa fikir verir. Belə baxırsan ki, oturub istirahət edir, amma onda da işləyir. Rəqiblərin təkər yeyilməsinə nəzarət edir. Bazar günü kimlərlə mübarizə apara biləcəyinə baxır. Beyninə çoxlu məlumat yığır və onlardan faydalanmağa çalışır. Strateji cəhətdən çox güclüdür.
Bolidin bütün texniki tərəflərini başa düşür. O, mühəndir deyil. Lakin sistemlərin necə işlədiyini anlayır və onları yenidən dizayn etmək üçün tövsiyə verir. Bu da kiçik və vacib fərqlər yaradır”.