F-1.az xatırladır ki, McLaren 2015-ci ildən etibarən çətin dövrlər yaşayır. Amma britaniyalılar 2017-ci ilin reqlament dəyişikliyinə görə yeni mövsümdən çox şey gözləyirdilər. Amma qış testlərində Honda mühərriyində ciddi problemlər əmələ gəldiyindən, belə görünür ki, problemləri həll etmək üçün uzun müddətə ehtiyac var.
Komandanın əsas sürücüsü Alonsonun müqaviləsi ilin sonunda bitəcək. İspaniyalı sürücü bildirib ki, hələ də yarışmaq istəyir.
Erik Bulye: “Alonso haqqında çox xəbər çıxır. Fernando bizə qarşı dürüstdür. Biz də ona qarşı dürüstük. Əvvəlcə yeni bolidlərin necə olduğunu görmək istədi və onları görəndən sonra yeni Formula1-i sevdi. Mübarizə aparmaq istəyir. İstedadını bütün dünyaya göstərmək istəyir. Əgər ona güclü bolid verə bilməsək, öz qərarını verəcək.
Yeni müqavilə barədə danışmaq tezdir. Amma özü ilə bu mövzuda danışmışıq. Bu barədə məlumat vermək istəmirəm. Çünki komanda bunu istəmir.
Fernando ən güclü sürücüdür. Buna şübhə etmirəm. O güclü olduğunu hamıya göstərə bilər”.