F-1.az xəbər verir ki, testlərə qoşulmayan komandalardan biri olan McLaren-in idman direktoru Erik Bulye testlərə qoşulmaq əvəzinə, diqqətlərini 2017-ci ilin maşınına yönəltdiklərini bildirib: “Xərclərimizə diqqət yetirmək məcburiyyətindəyik. Köhnə maşınlardan birini yenidən modifikasiya edib Pirelli ilə testlərə qoşulmanın sadəcə vaxt itkisi olacağını düşünürəm. Testlərdən öyrənməli olduğumuz şeylər var, lakin əldə olunan nəticələr bütün komandalara göndəriləcək. Biz daha yaxşı və daha sürətli maşın düzəltmək üçün çalışırıq”.
Qeyd edək ki, növbəti ilin təkərlərini Ferrari və Red Bull artıq test edib.