F-1.az xatırladır ki, “yaşıllar” 2022-ci ildə yaxşı mövsüm keçirə bilməmiş və sonda 7-ci olmuşdular.
Erik Blandin: “AMR23-ün üzərindəki iş plana uyğun gedir. Təqdimat üçün planlaşdırdığımız verisyanı bitirdik. Hazırda günümün 80 faizini aero şöbədə daha yaxşı yeniliklər gətrimək üçün xərcləyirəm.
Təqdimat vacib olsa da, o hələ ilk pillədir. Bütün mövsüm rəzində bolidi təkmilləşdirməliyik. Keçən il AMR22-yə çoxlu yeniliklər gətirdik və inkişaf etdik. Buna görə də əminik ki, AMR23 üçün düzgün konsept seçmişik”.