F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il “yaşıllar”ın heyətində debüt edəcək. O, Aston Martin komandası ilə Əbu Dabidə mövsümsonu testlərində iştirak edib.
İkiqat Dünya Çempionu sükana qarşı həssas olduğu üçün o barədə komandaya geribildirimlər verib.
Erik Blandin: “Alonso mükəmməl sürücüdür. Peletonda onun səviyyəsində çox sürücü yoxdur. Onların sayı bir əlin barmaqlarını keçməz.
O çox istəkli və əzimlidir. O qədər uğur qazansa da, yenə də qələbə üçün alışıb-yanır. Onunla anlaşmaq bizim üçün vacib idi. Bizi yüksək səviyyəyə qalxmağa məcbur edəcək.
Lənsi də güclü olmağa məcbur edəcək. Bir-birlərini tamamlayacaqlar. Əminəm ki, Lənsin potensialını ortaya çıxaracaq”.