Ə.Benson: Leklerin karyerası Alonsoya bənzəyə bilər

BBC-nin F1 şərhçisi Əndryu Benson düşünür ki, Şarl Leklerin karyerası Fernando Alonso kimi ola bilər.

F-1.az xatırladır ki, Alonso karyerası ərzində daha çox etdiyi səhv seçimlərə görə xatırlanıb.

Leklerin də oxşar bir gələcəyə sahib olması güman edilir. Gənc sürücü Ferrari-dən ayrılıb başqa komandaya gedə bilər. Xüsusən də Ferrari-nin zəif performansı Şarlı bu addımı atmağa vadar edə bilər.

Əndryu Benson: “Gələcəkdə iki dəfə Dünya Çempionluğu yaşamadan Fernando Alonso kimi karyerası ola bilər. Alonso Ferrari-yə getdi, üçüncü titulu qazanmaq üçün əlindən gələni etdi, amma vəziyyət onun üçün pis oldu, çünki ona üçünxü titulu qazanması üçün yaxşı maşın təmin edə bilmədilər.

Komandaya olan inamını itirdi və sonda ayrımaq məcburiyyətində qaldı. Ferrari-dəki təzyiqin başqa komandalardan çox olduğunu dedi. Vəziyyət getdikcə ağırlaşırdı və bu vəziyyətdən qurtulmalı idi. Lakin Ferrari-dən qurtulmaqla səhv etdi, çünki davam etsəydi, 2017 və 2018-ci illərdə daha bir titul qazanacaqdı.

Lekler də eyni vəziyyətdədir. İstedadına uyğun olmayan maşınla yaxşı performans göstərir. Red Bull-la eyni səviyyədə ola bilməz. Bunu başa düşür. Məncə, buna görə çox məyusdur.

Ferrari-ni çox sevməsi üçün ona pul verirlər, amma o Ferrari-ni doğrudan da sevir. Düzdür, o, Monakoda anadan oldu, ancaq Monakoda varlı ailənin varlı ailənin uşağı deyildi. Karyerası uşaqlıqda Ferrari onu seçdikdən sonra başladı. Buna görə də onlarla titul qazanmaq istəyir. Amma hazırda “bu necə olacaq” deyə düşünür.

Mercedes-ə keçmək alternativi olmaya bilər, çünki Həmiltonun müqaviləsi bu il bitsə də, Leklerin müqaviləsi gələn ilin sonuna qədərdir.

Həmilton və Toto Volff yeni müqavilənin olacağını deyirlər. Bu yeni müqavilə neçə il olacaq? Əgər ikiillikdirsə, Lekler Ferrari-də qalmalıdır”.

Qeyd edək ki, Fernando Alonso karyerası ərzində 32 qələbə və 2 Dünya Çempionluğu qazanıb. Şarl Leklerin isə karyerası ərzində cəmi 4 qələbəsi var.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*