F-1.az xatırladır ki, italiyalı sürücü Portuqaliya sprint yarışında Marini ilə təmas yaşayaraq, qəza etmiş və buna görə də Portuqaliya, Argentina və Amerika yarışlarında iştirak etməmişdi. Buna görə də o, komanda yoldaşı Banyayadan 53 xal geridə qalır.
Bastyanini keçən həftə Ducati ilə Misanoda 10 dövrə sınaq yürüşü edib. Daha sonra isə Xeresə tibbi müayinəyə gəlib. Bastyanini bütün tələbləri ödəyib və yarışmağına icazə verib. Bu isə o deməkdir ki, Bastyanini mövsümə yenidən başlayacaq.