F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün əvvəlində Portuqaliya yarışında Luka Marini təmas yaşamış və zədələnmişdi. Bundan sonra Enea bütün yarışları buraxıb. O, İspaniyada qaytımaq istəsə də, zədə imkan verməyib.
Davide Tardotsi: “Eneanın Mucelloda qayıtmasına çox ümid edirik. Bu dəqiqdir. Son qərarı bazar ertəsi verəcəyik. Maksimum performansında yarışa bilməyəcək, çünki kürəyindəki sümüklərdə vəziyyət çox qarışıqdır. İnanıram və ümid edirəm ki, yarışıb xal qazanacaq. Sinirləri və əzələləri də zədələnib.
O, haradasa 100 xal geridə olaraq qayıdacaq. Biz isə evimizə mümkün qədər çox xalla qayıtmaq istəyirik. Buna görə də yarışdakı vəziyyəti təhlil edib, lazım olsa, Eneanın Pekkoya kömək edib-etməyəcəyi ilə bağlı müzakirə aparacağıq. O vaxta qədər sürücülərimiz yarışmaqda sərbəst olacaqlar”.
Qeyd edək ki, Enea 2022-ci ildə Gresini komandasında çıxış etmiş və 5 yarış qazanaraq, mövsümü üçüncü yerdə bitirmişdi.