E.Bastyanini: Hədəfim yüksəlməkdir

Ducati komandasının sürücüsü Enea Bastyanini bildirib ki, sprint yarışı onun üçün yaxşı keçib.

F-1.az xatırladır ki, son dövrlərdə çətin günlər yaşayan Mark Markesin başı Assendə də bəladan qurtulmayıb. Belə ki, Enea Bastyanini sıralanma turunda sürətli dövrə vurarkən ilk sektorda səhv edib və yavaşlayıb. Buna görə də yarış trayektoriyasından kənara çəkilib. Bu zaman Markes də xarici trayektoriyada idi və arxaya baxdığı üçün italiyalı sürücünü görə bilmədi. Nəticədə ispaniyalı sürücü rəqibinə arxadan çırpılıb.

Enea Bastyanini: “Birinci döngədə az qala motosikletin ön tərəfini itirirdim. Yaxşı qurtardım. Dördüncü döngədə arxadan gələn digər sürücüləri gördüm və onlara yol vermək üçün xarici trayektoriyaya keçdim. Mark da mənimlə eyni trayektoriyada idi. MotoGP-də belə hallar baş verə bilər. Onsuz da sıralanma turundan sonra üzr istəmək üçün yanıma gəldi”.

İtaliyalı sürücü bütün çətinliklərə baxmayaraq, Assendəki sprint yarışında 10 yer qazanıb və 8-ci yeri tutub, amma o, çiyninin ağrısından şikayət edib.

Enea Bastyanini: “Sıralanma turundakı faciədən sonra yarış o qədər də pis keçmədi. Bir neçə rəqibimi keçdim və tempim çox yaxşı idi. Liderlərə çox uduzmurdum və buna görə çox sevincliyəm. Bəzi şeyləri anlamağa başlamışıq.

Əsas yarışda da hədəfimiz eynidir. Yüksəlmək! Ancaq əsas yarışlar mənim üçün bəzən problemli olurlar. Sprint yarışlndan sonra da çiynim ağrıyırdı və bu hal məni məhv elədi. Yenə də yaxşı performans göstərməyə çalışacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*