F-1.az xatırladır ki, italiyalı sürücü Portuqaliyadakı sprint yarışında Luka Marini ilə təmasda zədələnmiş və Portuqaliyadakı əsas yarışı, Argentina Qran Prisini buraxmalı olmuşdu. Lakin sonuncu testlərdən sonra məlum olub ki, Enea tam sağalmayıb. Buna görə də o, ABŞ yarışında iştirak edə bilməyəcək. COTA-da Ducati-nin sükanı arxasına komandanın ehtiyat sürücüsü Mikel Pirro keçəcək.
Qeyd edək ki, daha əvvəl Mark Markesin də ABŞ-da olmayacağı açıqlanmışdı.