E.Bastyanini ilk iki yarışda olmayacaq

Ducati komandasının sürücüsü Enea Bastyanininin sprint yarışında körpücük sümüyü qırılıb və buna görə də həm Portuqaliya, həm də Argentina Qran Prilərində iştirak etməyəcək.

F-1.az xatırladır ki, sprint yarışının ikinci dövrəsində italiyalı sürücü rəqibi Luka Marini ilə təmas yaşayıb və qəza olub. Belə ki, Marini daxili trayektoriyadan Eneaya hücum edərkən, hər iki sürücü yıxılıb.

Təmasdan sonra Bastyanini tibbi mərkəzə aparıblar və məlum olub ki, o sağ körpücük sümüyünü qırıb.

Ducati komandası isə verdiyi açıqlamada bildirib ki, Bastyanini ilk iki yarışda iştirak etməyəcək: “Bastianiniyə şəfalar arzulayırıq. Bu qəzadan sonra Enea bazar günü yarışda və gələn həftə Argentina Qran Prisində yarışmayacaq. Onun nəvaxt qayıdacağı tezliklə bilinəcək. Tez qayıt, Enea!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*