F-1.az xatırladır ki, italiyalı sürücü bu il Qresini komandasından Ducati-yə transfer olunub və karyerasında ilk dəfə baza komandasında yarışacaq. Banyaya isə artıq 2 mövsümdür ki, Ducati-də yarışır.
Enea Bastianini: “Birlikdə yaxşı başlanğıc etmişik. Mövsüm ərzində gərginlik artacaq, amma hazırda işimə fokuslanmışam və bazada birlikdə yaxşı işləyirik. Baza komandasında yanaşma fərqlidir. Pekko buradakı prosesləri daha yaxşı bilir. Lakin buna görə narahat deyiləm. Əksinə çox həyəcanlıyam”.