F-1.az xatırladır ki, Enea bu il Ducati komandasında debüt edəcək. O keçən il Gresini-də Ducati-nin 2021 versiyalı motosikleti ilə 4 yarış qazanmışdı.
Enea Bastianini: “Gözəl mövsümü geridə qoydum. 2022-ci il gözlədiyimdən yaxşı keçdi. Bu il işlər qarışa bilər, çünki Ducati-nin sürücüləri sürətlidirlər. Testlərdə bunu gördük. Hamısının titul qazanmaq şansları var. Hazırda kimin favorit olduğunu demək çətindir. Əsas rəqibimiz Pekkodur, çünki 1 nömrəli motosiklet ondadır. Daha yaxşı performasn göstərmək üçün ondan bəzi şeyləri öyrənməliyəm”.