E.Bastianini: Banyaya ilə eyni şeyləri düşünürük

Ducati komandasının sürücüsü Enea Bastianini bildirib ki, yeni GP23-lə bağlı düşünləri Banyaya ilə eynidir.

F-1.az xatırladır ki, MotoGP-nin Sepanqdakı üçgünkük qış testləri geridə qalıb. Enea yeni komandası ilə ilk dəfə qış testkərində iştirak edib.

Enea Bastianini: “Baza komandasına keçərkən özümü narahat hiss etmədim. Hər şey plana uyğun gedirdi. Baza komandasında işləmək peyk komandasında işləməkdən fərqli olsa da, bundan həzz aldım.

Yeni başlayanda yeni motosiklet fərqli gəldi. Buna görə tempi tutmaqda çətinlik çəkirdim. Özüm üçün ən doğru sazlanmanı tapmalı idim. Bəxtim orada gətirdi ki, Pekko ilə düşüncələrimiz oxşardır. Bunun hesabına mühəndislərin də işi asanlaşdı.

Üç gün ərzində bütün problemlər həll olunmasa da, çox şeyi anladıq. Ducati-də həm işçilərə, həm də potensiala inanıram. Bu testdə çox problemi həll etdik. Hələ tam olmasa da, köhnə motosikletlə olduğumuz yerdəyik və bu yaxşı haldır.

Köhnə motosikletlə hər şeyin daha yaxşı olacağını düşünürəm, çünki onu yaxşı tanıyırıq və meyar nöqtəsi olduğunu bilirik. Ancaq tamamilə yeni olan GP23-lə də sürətliyik. Motosikletdən başqa sürücü heyətimiz də güclüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*