Dünyanın ən əlverişli reklamı Formula1-dədir

Büynəlxalq müstəqil marketinq agentliyi Repucom-un araşdırmalarının nəticələrinə görə, İnfiniti şirkəti Red Bull komandası ilə əməkdaşlıq etməklə dünya rekorduna imza atıb […]

Büynəlxalq müstəqil marketinq agentliyi Repucom-un araşdırmalarının nəticələrinə görə, İnfiniti şirkəti Red Bull komandası ilə əməkdaşlıq etməklə dünya rekorduna imza atıb – şirkət ilk sponsor olub ki, illik televiziya reklam müddəti pul ekvivalentində 1 milyard dolları keçib.

İnfiniti brendi Nissan konserninə məxsusdur və Formula1-ə 2011-ci ildə Red Bull komandası müqavilə bağlamaqla gəlib, amma 2013-cü ildən komandanın titul sponsoruna çevrilib. Repucom-un mütəxəssislərinin fikrincə, İnfiniti-nin loqotipləri digər şirkətlərin loqotipləri ilə müqayisədə sərbəst yürüşlərin, sıralanma turlarının və yarışların yayımı zamanı ən çox göstərilib. Belə hesablamaların aparılması üçün, adətən, xüsusi AVE (Advertising Value Equivalency) alqoritmindən istifadə olunur, bu alqoritm vasitəsilə potensial auditoriya tərəfindən televisiya reklamının vizual mənimsənilməsinin pul ekvivalenti hesablanır.

Repucom-un nümayəndəsi Naycel Qiç bildirib ki, “loqotiplərin həm maşınlarda, həm sürücülərin və komanda əməkdaşlarının paltarlarında uğurla yerləşdirilməsi komandanın mövsümün gedişində yüksək nəticələr göstərməsi nəticəsində televiziya ekranlarında çox görünməsi sayəsində İnfiniti qlobal miqyasda pul ekvivalentində 1 milyard dollardan çox reklam almasına səbəb olub. Dünya auditoriyası əla səviyyədədir və Formula1 dünyanın ən əlverişli reklam bazarı olaraq qalır…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*