Monako Qran Prisi çərçivəsində Dünya Renault Seriyasının da dördüncü mərhələsi baş tutacaq, uik-end günlərində 2012-2014-cü illər üçün nəzərdə tutulmuş yeni Dallara şassisi nümayiş olunacaq. Amma İtaliaRacing-in jurnalistləri xəbər veriblər ki, Monte Karloda Avropanın məşhur yarışlarının yeni motor təchizatçısı da elan olunacaq – şayiələrə görə, 2012-ci ildən seriya Renault motorlarının əvəzinə Zytek motorlarından istifadə edəcək.
İlkin məlumatlara görə, Zytek motorlarının gücü hazırkı Renault motorlarının gücündən 50-100 at qüvvəsi çox olacaq. Şassiyə gəlincə, Dallara şirkətinin yeni maşını yeni asılqanlar, ön və arxa antiqanadlar alacaq.