Dünya Çempionu ölümcül qəza keçirib

MotoGP üzrə 2006-cı ilin Dünya Çempionu və hazırda WSBK seriyasında çıxış edən Niki Heyden ciddi qəza keçirib.

F-1.az bildirir ki, 35 yaşlı sürücü çərşənbə günü İtaliyanın Rimini şəhərində dostları ilə velosiped sürərkən, yoldan keçən bir avtomobil ona çırpılıb. Bu qəzadan sonra amerikalı sürücü maşının ön pəncərəsinə çırpılıb. Heyden ciddi döş və beyin zədələnməsi diaqnozu ilə Rimini yaxınlığındakı xəstəxanaya çatdırılıb. Amerikalının vəziyyəti hazırda ağır qiymətləndirilir və İtaliya mətbuatının yazdığına əsasən, sürücünün şüuru üstündə deyil. Onun ayaqlarında çox sayda qırıqlar və beynində iltihablanma var. Həkimlər Heydenin beynindəki təzyiqi aşağı salmağa çalışırlar.

Qeyd edək ki, Kentukidə dünyaya gəlmiş sürücü 2003-2015-ci illərdə MotoGP-də çıxış edərək Honda, Ducati və Aspar komandalarının şərəfini qoruyub. Amerikalı sürücü 2006-cı ildə əfsanəvi Valentino Rossi ilə dueldən qalib ayrılaraq, Dünya Çempionu titulunu qazanmışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*