Dünya çempionu hansı yeməkləri sevir?

Ferrari-nin sürücüsü Sebastyan Fettel twitter-də ən sevdiyi yeməklərin siyahısını paylaşıb.

F-1.az dördqat dünya çempionunun bloquna əsasən bildirir ki, Sebastyan ilk sırada italyan pastasını göstərib. Sonra steyki qeyd edib, ilk üçlüyü italyan mətbəxindən kapreze ilə tamamlayıb. Kapreze – pomidordan, motsarella pendirindən, zeytun yağından və reyhandan ibarət olan qəlyanaltıdır. Almaniyalı sürücü sonra doğma klassik alman kotleti – şnitseli qeyd edib.

Desert olaraq isə, Sebastyan dondurmanı, xüsusən də vanil dondurmanı bəyəndiyini yazıb.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*