Ducati yeni motosikletini təqdim edib

Ducarti komandası 2023-cü il motosikletini təqdim edib. Komandanın çempion sürücüsü Françesko Banyaya bu il 1 nömrə ilə çıxış edəcək.

F-1.az xatırladır ki, italiyalı sürücü keçən il Kuartararo ilə mübarizədən qalib ayrılmış və karyerasının ilk titulunu qazanmışdı.

Bu il Ducati-nin heyətində dəyişiklik ba. verib. Banyayanın komanda yoldaşı artıq Cek Miller yox, Enea Bastianini olacaq.

25 yaşlı Banyaya isə bu il 63 nömrə ilə yox, 1 nömrə ilə mübarizə aparacaq. O, Keysi Stounerdən sonra 1 nömrə ilə yarışan ilk sürücü olacaq.

Ducati bu il əvvəlki rənglərini qoruyub və bu il qırmız-qara rəng çalarından istifadə edəcək. Komandanın yeni sponsoru var – Monster Energy. Monster əvvəllər Suzuki ilə işləsə də, Yaponiya komandası çempionatı tərk etdiyi üçün artıq Ducati ilə anlaşıblar.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*