Ducati Markesi transfer etməyəcək

Ducati-nin rəhbəri Paolo Çabatti bildirib ki, altıqat Dünya Çempionu Mark Markeslə maraqlanmırlar.

F-1.az xatırladır ki, Mark Markes 2020-ci ilin Xeres yarışında qəza etdikdən sonra qolunu qırmış və ondan sonra əvvəlki formasına qayıda bilməmişdi. Altıqat Dünya Çempionunun Honda ilə müqaviləsi 2024-cü ilin sonunda bitəcək və onun adı indidən Ducati ilə hallanır.

Paolo Çabatti: “Ducati-nin Mark kimi yadplanetliyə ehtiyacı yoxdur, çünki bizim öz yadplanetlilərimiz var.

Əsla heç vaxt demək olmaz, lakin Markesin 30 yaşı var. Bizim isə sürücülərimiz ondan 5-6 yaş daha gəncdirlər və inkişaf edirlər. Ducati-nin Markesə ehtiyacı yoxdur və bunu ona hörmətlə deyirəm.

Baza komandasına gəlmək istəyən sürücümüz çoxdur. Buna görə də onunla müqavilə bağlamağı düşünmürük.

Təbii ki, sabah bizə zəng edib müqavilə təklif etsə, telefonu üzenə qoymayacağıq. Ancaq Mark Ducati-yə bir neçə il əvvəl gəlməli idi. Artıq o barədə düşünmürük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*