F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün ilk yarışı Portuqaliyada Luka Marini ilə təmas yaşamış və zədələnmişdi. O, Xeresdə sükan arxasına qayıtsa da, sərbəst yürüşlərdən sonra özünü hazır hiss etmədiyi üçün yarışmaqdan imtina etmişdi. Lakin 23 yaşlı sürücü son günlərdə İtaliyada Ducati Panigale ilə xüsusi testlər edib.
Ducati komandası da bu gün verdiyi açıqlamada bildirib ki, Enea bu həftəsonu böyük ehtimalla yarışacaq.
Bu barədə Enea Bastyanini belə açıqlama verib: “Mucelloda keçmişdə yaxşı nəticələr əldə etmişəm. Buranı çox sevirəm. Builki hədəfim uğurlu nəticələr daha birini əlavə etməkdir. Təbii ki, uzun fasilədən sonra işim asan olmayacaq. Bir həftə əvvəl burada PAnigale V4 S-i sürdüm və özümü yaxşı hiss etdim. Ancaq Desmisedici GP başqa motosikletdir. Hər cəhətdən özümü yarışa hazırlamışam. Bu həftə ev trasımızda yarışırıq. Buna görə də yaxşı performans göstərmək istəyirəm”.