Ducati Almaniyada rekorda imza atıb

Ducati komandası bu il Almaniya yarışında bir rekorda imza atıb.

F-1.az xatırladır ki, Almaniya yarışının finişində ilk beşlikdə ancaq Ducati sürən sürücülər olub. Onlar ümumilikdə 7 yarışın altısında qalib gəliblər. Sprint yarışlarının isə 5-ni qazanıblar.

Çempionatın ən böyük favoriti Ducati komandasının sürücüləridir. Lakin əs sual kimin çempion olacağıdır. Hazırda titul üçün üç real namizəd var: Françesko Banyaya, Xorxe Martin və Marko Bezzekki.

Ducati bu hegemonluğunu həmişə problem yaşadığı Almaniyada da davam etdirdi və finişdə ilk beş sürücü italyan istehsalçının motosikletində olub. İlk doqquzluqda isı 8 Ducati sürücüsü olub. Araya girən yeganə sürücü isə 6-cı yeri tutan KTM sürücüsü Cek Miller olub.

İlk beşlikdə beş eyni istehsalçının motosikletinin olması isə 20 ildir baş verməyən hadisə idi. Belə ki, 2003-cü ilin Braziliya yarışında Honda komandasında çıxış edən Valentino Rosssi qələbə qazanmış, Sete Jiberneu ikinci, Makoto Tamada üçüncü, Mak Biacci dördüncü, Nik Hayden isə beşinci olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*