Almaniyanın DTM kuzov seriyasında koronavirus səbəbiylə bir neçə yarış ləğv edildikdən sonra əvvəlki kimi 10 mərhələdən ibarət olan yeni təqvim elan edilib.
F-1.az bildirir ki, mövsüm Almaniyanın Norisrinq avtodromunda iyulun ortalarında başlamalı və noyabrın ortalarında Montsada başa çatmalıdır. Əvvəllər satılan bütün biletlər etibarlıdır.
2020-ci il mövsümü üçün yeni DTM təqvimi
Tarix | Tras | Ölkə |
10/07-12/07 | Norisrinq | Almaniya |
31/07-02/08 | İqor Drayv və ya Anderstorp | Rusiya və ya İsveç |
07/08-09/08 | Zolder | Belçika |
22/08-23/08 | Brənds Hətç | Böyük Britaniya |
04/09-06/09 | Assen | Niderland |
11/09-13/09 | Nürburqrinq | Almaniya |
02/10-04/10 | İqor Drayv və ya Anderstorp | Rusiya və ya İsveç |
16/10-18/10 | Lauzitsrinq | Almaniya |
06/11-08/11 | Hokkenhaymrinq | Almaniya |
13/11-15/11 | Montsa | İtaliya |