F-1.az xəbər verir ki, ən yaxşı nəticəyə Filip Eng imza atıb – BMW markasının şərəfini qoruyan pilot ən yaxşı dövrəsində saniyəölçəni 1:19.204-də saxlayıb. Bununla birlikdə, avstriyalı sürücünün rəqibləri üzərində üstünlüyü minimal olub: Robert Fryayns liderə cəmi yüzdə bir saniyə uduzub və İnqolştadt markasının daha üç nümayəndəsi Enqdən 0.2 saniyə məsafəsinə yer alıblar.
Bazar günü trasda işləyən bütün doqquz sürücü ən yaxşı nəticələrini nahara qədər göstəriblər – günorta yeməyindən sonra hətta liderlər təxminən yarım saniyə daha yavaş sürüblər.
Beş Audi pilotu dörd BMW təmsilçisindən trasda daha çox vaxt keçirib: 383 dövrəyə qarşı 585 dövrə. Bavariya təmsilçisinin ən aktiv sürücüsü isə 115 dövrə vuran Robert Kubitsa olub. Ancaq buna baxmayaraq, polşalı sürücü protokolların son sətrini tərk edə bilməyib: ən sürətli dövrəsində keçmiş F1 pilotu günün ən yaxşı nəticəsindən 1.3 saniyə yavaş olub.
Xatırladaq ki, Kubitsa bu mövsüm DTM çempionatında debüt etməlidir. Çox güman ki, turnirin birinci mərhələsi avqustun ilk istirahət günündə Spada keçiriləcək.