Druqoviçdən titula doğru vacib addım

Niderlandın Zandfort trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 12-ci mərhələsi başlayıb.

F-1.az xəbər verir ki, ürücülər səhər yarımsaatlıq məşq sessiyasında trası öyrəniblər, maşınları sazlayıblar nahardan sonra sıralanma turuna çıxıblar.

Elə ilk cəhdində protokolların birinci sətrinə mövsümün lideri Felipe Druqoviç yüksəlib – Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi yerli MP MotorSport komandası doğma trasda güclü görünürdü: komandanın digər sürücüsü Klement Novalak komanda yoldaşına azca uduzub.

Bir neçə dəqiqədən sonra son yarışın qalibi Cək Duhən liderliyi ələ alıb, amma ardınca titula namizəd olan Teo Purşer 3-cü döngədə qəzaya uğrayıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb.

Fasilədən sonra sürücülər yeni təkərlərlə trasa qayıdıblar və bu dəfə əvvəlcə Ayumu İvasa, sonra Loqan Sarcent irəli çıxıblar, amma sonda yenə də Duhən liderliyi özünə qaytarıb.

Sessiyanın sonuna yaxın sürücülər son cəhdlərinə çıxıblar və əvvəlcə İvasa, sonra Sarcent avstraliyalı sürücünün nəticəsini yaxşılaşdırıblar. Amma yekunda Felipe Druqoviç möhtəşəm nəticə ilə poulu ələ keçirib. Braziliyalı sürücü mövsümdə 4-cü, ardıcıl 2-ci poulunu qazanıb.

Duhən sonda 2-ci yerə yüksələ bilib, ilk üçlüyü isə Sarcent tamamlayıb.

Reversiv qaydaya görə, sabah qısa (sprint) yarışda ilk cərgədən Klement Novalak və Markus Armstronq start alacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*