Druqovic: Ümid edirəm ki, bir-iki ildən sonra F1-də olacağam

Gələn mövsüm Formula2-nin hazırkı çempionu Felipe Druqoviç Qran Prilərə Aston Martin-in ehtiyat pilotu kimi gələcək.

F-1.az xəbər verir ki, braziliyalı sürücü yalnız digər komandalarda əsas pilot kimi ona yer olmadığını anladıqdan sonra belə bir müqaviləyə razı olduğunu söyləyib.

Felipe Druqoviç: “Formula2-də titul qazanaraq, gələn il Formula1-də yarışmaq istədim. Lakin bunun mümkün olmadığını anlayanda Aston Martin mənə mümkün olan ən yaxşı variantı təklif etdi. İlk vaxtlar həvəsim yox idi, amma zaman keçdikcə başa düşdüm ki, komandanın çox gözəl proqramı var.

Aston Martin özünün gənc sürücülər proqramını işə saldı, mən komandadan çox şey öyrənə bilərəm və onlar hər şeyin mənimlə işləməsini həqiqətən istəyirlər. Testlərdə iştirak edəcəyəm, maşını idarə edəcəyəm, buna görə də növbəti mövsümə daha yaxşı hazırlaşa bilərəm. Ümid edirəm ki, bir-iki ildən sonra Formula1-də olacağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*