Avstraliya Qran Prisinin finişindən sonra yarışı ikinci yerdə başa vurmuş Daniel Rikkardo Red Bull komandasının nümayəndəsi ilə birlikdə stüardların otağına çağırılıb – RB10-a quraşdırılmış yanacaq sərfiyyatını ölçən cihaz göstərib ki, yanacaq sərfiyyatı reqlamentin icazə verdiyi 100 kq/saatdan çox olub.
Əgər komanda günahkar hesab olunarsa, onda Rikkardonun nəticəsi protokollardan çıxarıla bilər.