Keçən mövsümün statistikasına görə, ən çox ötmə edən sürücü Daniel Rikkardo olmuşdu. Çempionatın 19 yarışı zamanı avstraliyalı sürücü 53 uğurlu ötməyə imza atıb.
F-1.az Finlandiyada dərc olunan Turun Sanomat qəzetinə istinadən bildirir ki, Rikkardo Bəhreyn və Almaniya Qran Prilərinin hər birində 10 ötmə edib. Bir yarışda ən çox ötmə edən isə Valtteri Bottas olub – mövsümün Avstraliyada ilk yarışında finlandıiyalı sürücü 12 dəfə rəqiblərini ötə bilib, dünya çempionu Lyuis Həmilton Macarıstan Qran Prisində azarkeşlərini 11 ötmə ilə sevindirib.
Xatırladaq ki, Rikkardo keçən mövsümü 238 xalla 3-cü yerdə başa vurmuşdu və komanda yoldaşı dördqat dünya çempionu Sebastyan Fetteli qabaqlamışdı…