DP World McLaren-in yeni tərəfdaşıdır

McLaren 2023-cü ildən komandanın rəsmi partnyoru olacaq Birləşmiş Ərəb Əmirliklərinin böyük logistika şirkəti DP World ilə müqavilə imzaladıqlarını elan edib.

F-1.az xəbər verir ki, şirkətin loqotipləri həm maşında, həm də sürücülərin kombinezonlarında əks olunacaq.

Zek Braun: “Biz DP World-u McLaren ailəsində salamlamaqdan məmnunuq. Formula 1 kimi qlobal idmanda çox mürəkkəb logistik problemlər var və DP World bizim tərəfdaşımız olmaqla həm öz şəbəkəsini genişləndirəcək, həm də bu sahədə işin səmərəliliyini artırmağa kömək edəcək.

Formula1-də emissiyaları azaltmaq öhdəliyi də daxil olmaqla, ekoloji dəyərlərimizi bölüşən bir brendlə tərəfdaşlıq etməkdən qürur duyuruq. Biz 2023-cü ildə DP World ilə yarışmağa hazırlaşırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*