F-1.az xatırladır ki, keçən il təqaüdə çıxmış italiyalı sürücüyə MotoGP əfsanəsi statusu veriıələcəyi əvvəldən deyilmişdi. O, öz ölkəsindəki yarışdan əvvəl kiçik mərasimlə bu statusuna qovuşub.
Dovitsiozonun medalını isə Dorna-nın rəhbəri Karmelo Ezpeleta təqdim edib.
Qeyd edək ki, Andrea 2001-ci ildə 125cc-də (indiki Moto3) debüt edib və 2004-cü ildə burada Dünya Çempionu olub. 2005-ci ildə 250cc-yə (indiki Moto2) keçid edib və Xorxe Lorensodan sonra ikinci olub.
Dovi 2008-ci ildə MotoGP-də debüt edib və 2009-cu ildə Repsol Honda komandasında çıxış etməyə başlayıb. Elə həmin mövsüm Doninqton Parkda karyerasının ilk qələbəsini qazanıb. O, 2012-ci ildə Honda-dan ayrılaraq, Yamaha Tech3 komandasına keçib. Peyk komandasında çıxış etməsinə baxmayaraq, çempionatda 4-cü yeri tutaraq, hamını təəccübləndirib.
2013-cü ildə isə çətin günlər keçirən Ducati ilə çoxillik müqavilə bağlayıb. İlk 3 mövsümündə Ducati-nin özünə gəlməsi üçün işləyən Dovi, 2016-cı ilin Malaziya yarışında “qırmızılar”ın heyətində ilk qələbəsini əldə edib.
2017-ci ildə isə son yarışa qədər Mark Markeslə çempionluq uğrunda mübarizə aparsa da, sonda gülən tərəf ispaniyalı pilot olub. İtaliyalı pilot isə 2017-ci ildə ən yaxşı mövsümünü keçirərək, 6 qələbə qazanıb. O, 2020-ci ilin sonunda Ducati ilə yollarını ayırıb.
2021-ci ilin əvvəlində boşda qalan Andrea Morbidellinin əvəzinə Petronas Yamaha komandasına gedib. 2022-ci ildə də burada yarışmağa davam edib. Ancaq motosikletə öyrəşə bilmədiyi üçün mövsümün ortasında təqaüdə çıxdığını açıqlayıb.
Beləliklə, Andrea Dovitsiozo uzun karyerası ərzində 125cc Çempionluğu, 15 qələbə, 62 podium, 7 poul qazanıb və idmanın yaddaqalan sürücülərindən biridir.