Dörd maşında dəyişiklik olub

Dünən dörd maşının güc qurğusunda dəyişikliklər olub.

F-1.az bildirir ki, bu dəyişikliklər üçüncü sərbəst yürüşlərdən əvvəl olub. Ferrari Karlos Saynsın güc qurğusunu dəyişdirməli olub. Komanda sərbəst yürüşlərdən sonra məlumatlarda anormal hallarla qarşılaşıb və buna görə də bolidə yeni güc qurğusu quraşdırılıb. Daxili yanma mühərriyi, turbo və MGU-H generatoru dəyişdirilib. İspaniyalı sürücü bütün bu detalların sonuncusuna, yəni üçüncüsünə keçib. Maks Ferstappen isə ikinci idarəetmə leketronikasını götürüb.

Bundan başqa üç sürücü – Serxio Peres, Karlos Sayns və Esteban Okon – yeni qazburaxma sisteminə keçiblər. Sayns 5-ci, Peres 7-ci, Okon isə 8-ci və son qazburama sistemini götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*