Duman səbəbindən yükün mühüm hissəsi Meksikadan Braziliyaya çatmayıb. Auto Motor und Sport-un məlumatına görə, Ferrari, McLaren, Alfa Romeo və Haas komandaları hələ də maşınlarını almayıblar. Mühərriklər isə yalnız iki komandaya – Alpine və Aston Martin-ə çatıb.
Daha əvvəl Formula1-in rəsmi nümayəndəsi yükün gecikməsinin Braziliya Qran Prisinin keçirilməsinə təsir etməyəcəyinə əmin olduğunu bildirib.